Qənirə Paşayeva Türkiyənin gənclər və idman naziri ilə görüşüb

Bu konuyu okuyanlar

TBM

Dekan
Katılım
28 Ekim 2008
Mesajlar
6,587
Reaksiyon puanı
358
Puanları
83
22007959_1282008238577879_4829340292312269418_n-768x512.jpg


Millət vəkili Qənirə Paşayeva Türkiyənin gənclər və idman naziri ilə görüşündə gənclərimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Qənirə Paşayeva Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bakla görüşündə Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə, o cümlədən gənclər və idman sahəsində də əməkdaşlığın daha da genişlənməsinin önəmli olduğunu xüsusi vurğulayıb.

Qarabağ problemindən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından geniş danışan millət vəkili Q.Paşayeva bölgəmiz üzərində böyük oyunların getdiyini bildirib: “Bu bölgədə bizə qarşı haqsızlıqlara qarşı mübarizə aparmağın tək yolu güclü olmaqdır, bu isə birlikdən keçir” -, deyən millət vəkili Q.Paşayeva “gənc nəsillərimizə bunun böyük önəmini öyrətmək üçün çalışmalar daha da artmalıdır”, – deyib. Millət vəkili gənclərimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflərlə də çıxış edib və nazir onları müsbət qarşılayıb və geniş fikir mübadiləsi olub. Q.Paşayeva ortaq türk tarixi dərsliklərinin yazılmasının, bu dərsliklərin türk dövlət və toplumlarında yayılması və tədrisinin vacibliyinə toxunub:

“Bu dərsliklər bizi biri-birimizə daha da yaxınlaşdırmalıdır. Türk dövlətləri və toplumlarının daha güclü həmrəylik, işbirliyi və güclənməsi yolu dildə, fikirdə, işdə birlik modelindən keçir”. Qənirə Paşayeva türk dövlətlərinin məktəb və universitetlərində türk dili şivələrinin gənclərə öyrədilməsini də vacib sayıb: “Türk xalqlarının nümayəndələri biri-birini daha yaxşı anlasa, gələcəkdə biri-birilərinə daha sıx bağlanacaq, daha da güclənəcəklər. Türk dövlətləri arasında tələbə mübadiləsi, tələbə və gənclərlə bağlı ortaq layihələr genişləndirilməlidir”. Azərbaycanla, qardaş dövlət və toplumlarla əməkdaşlığa xüsusi diqqət göstərdiklərini deyən Gənclər və İdman naziri Osman Aşkın Bak ölkəmizlə gənclər sahəsində əməkdaşlığın daha da artacağını deyib. Gənclərimizin bir-birimizi daha yaxından tanıması, bilməsi və sahiblənməsi çox vacibdir deyən nazir bu məsələyə xüsusi diqqət göstərəcəklərini deyib.

Millət vəkili Q.Paşayeva Gənclər və İdman naziri Osman Aşkın Bakla birlikdə fəal gənclər və gənclər təşkilatları təmsilçiləri ilə də görüşüb. Onları Azərbaycanla, ölkəmizdəki gənclərlə əməkdaşlığa xüsusi diqqət ayırmağa çalışan millət vəkili Q.Paşayeva Türk dünyası həqiqətlərinin yayılmasında sosial mediada aktiv olmağa çağırıb. Sonra Kırşehir valiliyinin binasında millət vəkili Q.Paşayeva Gənclər və İdman naziri Osman Aşkın Bak, Kışehir valisi ilə birlikdə mətbuat və media qurumlarını maraqlandıran sualları cvablandırıb və Türk dünyası birliyi üçün daha da çox çalışmalıyıq deyib.

21743180_1282008241911212_3340136110583409253_n-768x512.jpg

21687414_1282008245244545_7734085541547441224_n-768x512.jpg

21768454_1282068068571896_5044907333911193387_n-768x512.jpg



Qənirə Paşayeva Türkiyənin gənclər və idman naziri ilə görüşüb - FOTOLAR+VİDEO
 
Üst